RU

​Sərgən Yalçının səhhəti pisləşdi

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçının sağlıq durumunda problem yaranıb. Təcrübəli mütəxəssis dünən Ankarada baş tutan “Gənclərbirliyi” - “Beşiktaş” matçından sonra keçirilən mətbuat konfransında iştirak etməyib.
Metbuat.az xəbər verir ki, köməkçisi Murat Kaytaz 54 yaşlı məşqçinin səhhətindən danışıb.O, Sərgən Yalçının xəstə olduğunu təsdiqləyib. “Baş məşçqimiz bir neçə gündür özünü yaxşı hiss etmir. Dünən də çox yorğun və halsız idi. Amma komandanı yalnız qoymaq istəmədyi üçün Ankaraya getdi. Matçdan sonra Sərgən Yalçına sistem köçürüldü. Ümid edirik ki, bir neçə gün ərzində əvvəlki sağlığına qovuşa biləcək”.

Qeyd edək ki, dünən keçirilən “Gənclərbirliyi” - “Beşiktaş” matçı İstanbul təmsilçisinin üstünlüyü ilə başa açtıb. “Beşiktaş” ev sahiblərinin qapısından 2 cavabsız top keçirib.

Избранный
54
metbuat.az

1Источники