Almaniyanın "Ayntraxt" klubunun sol cinah müdafiəçisi Nataniel Braunu yayda ispaniya nəhənginə keçməyə yaxındır.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Barselona" maraqlıdır.
"Blauqrana"nın baş məşqçisi Hans Diter-Flik 22 yaşlı futbolçunun bu yay heyətə qatılmasını istəyir.
Braun cari mövsüm Frankfurt komandasının forması ilə 34 matça çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul