RU

Daha həyat yoldaşıma it verməyin

İrəvan meri Tiqran Avinyan həyat yoldaşına daha it verilməməsini istəyib.

Publik.az xəbər verir ki, o, bu açıqlamanı şəhər şurasında keçirilən işgüzar iclasda Yerevan Heyvanlara Qayğı Mərkəzinin direktoru vəzifəsini icra edən Harutyun Arakelyana müraciətində verib.

“Keçən il 83 itin övladlığa götürülməsi təqdirəlayiqdir və ailəmiz onlardan birini övladlığa götürüb. Amma xahiş edirəm ki, həyat yoldaşıma daha it verməyin, daha evimizdə yer yoxdur, artıq üç itimiz var”, - Avinyan deyib.

Избранный
14
publika.az

1Источники