Futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, beləliklə, yarımfinala adlayan dörd ən güclü komandanın adına aydınlıq gəlib.
Kubokun son sahibi PFL U-19 ilə görüşdən qalib ayrılıb.
Yüksək Liqanın lideri “Neftçi” İK və çempion “Araz-Naxçıvan” isə rəqiblərinə heç bir şans verməyib. Hər iki komanda eyni hesabla - 12:3 qalib gələrək böyükhesablı qələbəyə sevinib. Digər qarşılaşmada isə “Baku Fire-2” səfərdə “Lənkəran”ı darmadağın edərək yarımfinalçıların sırasına qoşulub.
1/4 final mərhələsinin nəticələri:
“Lənkəran” - “Baku Fire-2” 2:8
U-19 - PFL 3:4
“Xan-Lənkəran” - “Araz-Naxçıvan” 3:12
“STAR kargo” – “Neftçi” İK 3:12
Beləliklə, aprel ayında keçiriləcək yarımfinal mərhələsinin maraqlı tərəfi ötən mövsümün finalçılarının bu dəfə daha erkən üz-üzə gəlməsidir:
PFL - “Araz-Naxçıvan”
“Baku Fire-2” - “Neftçi” İK