RU

Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi bürünc medal qazanıb

Zrenyanin, 15 mart, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında üçüncü olub.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu ilə qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bununla da Fərid bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev

Избранный
84
2
azertag.az

10Источники