RU

Netanyahu ölümü ilə bağlı iddialara belə cavab verdi VİDEO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Binyamin Netanyahu ölümü ilə bağlı yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” hesabında video paylaşıb.

Məlumata görə, qəhvə alarkən görüntülənən Baş nazir sosial şəbəkələrdə yayılan və əlində 6 barmaq göründüyü deyilən xəbərlərə istehzalı şəkildə cavab verib.

“Demək istəyirsiniz ki, yaxşıyam, ya ölmüşəm? Qəhvəni və xalqımı çox sevirəm”.

Netanyahu barmaqlarını da sayıb və “buyurun, Gördünüz? Bu həyatdır” deyə istehzalı şəkildə cavab verib.

“Biz elə işlər görürük ki, hazırda onları bölüşə bilmərəm, amma İrana qarşı çox güclü zərbələr vururuq – elə bu gün də. Livanda da davam edirik. Həmişə arxa cəbhə komandanlığının göstərişlərinə əməl edin. Şəhər rəhbərləri də daim sığınacaq yerlərinin yaxınlığında olsunlar. Qəhvəyə görə isə təşəkkür edirəm, əladır. Amma kalorilərindən xəbərim yoxdur. Bir az təhlükəli görünür” , – deyə Netanyahu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
6
globalinfo.az

7Источники