Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ qüvvələri İranın Fars körfəzindəki Xarq adasındakı hərbi hədəflərə zərbələr endirib.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşıb: "İndicə, mənim göstərişimlə ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq tarixinin ən güclü hava hücumlarından birini həyata keçirdi. İranın Xarq adasındakı bütün hərbi obyektlərini tamamilə məhv etdik".
Tramp bu dəfə adanın neft obyektlərinə zərbə endirməmək qərarına gəldiyini bildirib. Lakin ABŞ prezidenti İran Hörmüz boğazından gəmilərin hərəkətini dayandırmağa davam edərsə, bu qərarını yenidən nəzərdən keçirəcəyi barədə xəbərdarlıq edib.
İranın Fars xəbər agentliyinin məlumatına görə, ölkənin ən böyük neft ixrac terminallarından birinin yerləşdiyi Xarq adasındakı neft infrastrukturuna ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi zamanı zərər dəyməyib. Bildirilir ki, zərbələr, digər şeylərlə yanaşı, Xarqdakı müdafiə strukturlarını, dəniz bazası, hava limanını və vertolyot anqarını hədəf alıb. Üst-üstə 15-dək hədəf vurulduğu qeyd edilir.
Qeyd edək ki, Xarq adasındakı terminalın sıradan çıxması İranın neft ixracının 90 faizə yaxınının qeyri-mümkün hala gəlməsi demək olar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.