RU

Binəqədidə yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanındayerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxilolub.

Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlbolunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəliyaşayış binasında mənzildə baş vermiş yanğının genişlənməsinə, ocümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısamüddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlımənzilin yanar konstruksiyaları yanıb.

Digər mənzillər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Избранный
21
14
az.trend.az

10Источники