RU

SEPAH ABŞ-nin Xark adasına endirdiyi zərbələrin zərərini açıqlayıb

BAKI, 14 mart. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın Xark adasına endirdiyi zərbələrlə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, hücum zamanı adada 15-dən çox partlayış baş verib və ərazi üzərində sıx tüstü müşahidə olunub.

Məlumata görə, hücum zamanı düşmən İran ordusunun hava hücumundan müdafiə sistemlərinə, “Coşan” dəniz bazasına, hava limanının dispetçer qülləsinə və “Kuran Qare” helikopter meydançasına zərbə endirməyə cəhd edib.

Eyni zamanda qeyd olunub ki, hücum nəticəsində neft infrastrukturu obyektlərinə ziyan dəyməyib.

SEPAH həmçinin ABŞ tərəfinin Xark adasında hava hücumundan müdafiə sistemlərinin tam məhv edilməsi ilə bağlı iddialarını təkzib edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Xark adasında bütün hərbi hədəfləri tamamilə məhv etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu, Yaxın Şərq tarixində ən güclü bombardmanlardan biri olub.

Избранный
92
20
teleqraf.com

10Источники