RU

Bakıda söküntü aparılan ərazidə ağlasığmaz olay Sakinlər deyirlər ki…

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda söküntü aparılan bəzi ərazilərdə sakinlərlə təklif olunan kompensasiya və mənzil sahəsi ilə bağlı narazılıqlar artır. Belə hallardan biri hazırda Bayırşəhər ərazisində aparılan söküntü prosesində qeydə alınıb. Sakinlərin sözlərinə görə, evdən çıxmadıqları üçün onların kommunal xidmətləri kəsilib.

Söküntü sakinlər ərazini tam tərk etdikdən sonra başlamalıdır? Proses necə aparılmalıdır? Vətəndaşlarla razılıq əldə etmək üçün hansı yollar var?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, söküntü prosesi qanunvericiliyə və mövcud normativ tələblərə uyğun şəkildə aparılmalıdır:

“İlk növbədə bununla bağlı müvafiq dövlət və icra hakimiyyəti orqanlarının rəsmi qərarı olmalıdır. Bundan sonra isə mülkiyyətçi ilə kompensasiya məbləğinin müəyyən edilməsi və ya alternativ yaşayış sahəsinin təqdim olunması barədə danışıqlara başlanmalıdır. Biz “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq təklif etmişik ki, bütün hallarda əmlakın qiymətləndirilməsini mütləq müstəqil qiymətləndirici aparsın. Nə investorun, nə də hər hansı dövlət və ya icra qurumunun mənzilin bir kvadratmetrinin kompensasiya məbləğini müəyyən etmək hüququ var. Bu səlahiyyət yalnız qanunvericiliyə əsasən müstəqil qiymətləndiriciyə məxsusdur. Əks halda, bu, qiymətləndiricinin hüquq və səlahiyyətlərinin kobud şəkildə mənimsənilməsi deməkdir. Qiymətləndirici isə tərəfsiz olmalıdır. Çünki bu prosesdə iki tərəf mövcuddur. Kompensasiya alan daha yüksək məbləğ əldə etməyə çalışır, kompensasiya verən tərəf isə xərcləri minimuma endirmək istəyir. İnvestorlar da adətən tikinti layihəsindən daha çox mənfəət əldə etmək məqsədilə kompensasiyanın məbləğini azaltmağa meylli olurlar. Buna görə də tərəfsiz mövqenin təmin olunması yalnız müstəqil qiymətləndirici vasitəsilə mümkündür”.

Vüqar Oruc

İqtisadçı bildirib ki, kommunal xidmətlərin kəsilməsi, eləcə də digər təzyiq üsullarından istifadə edilməsi Konstitusiyaya və ölkənin sosial-hüquqi prinsiplərinə ziddir:

“Bu cür addımlar vətəndaş hüquqlarının kobud şəkildə pozulması hesab olunur. Belə hallarla qarşılaşan vətəndaşlar öz hüquqlarının müdafiəsi üçün məhkəmə orqanlarına müraciət etməlidirlər. Söküntü prosesi harada aparılmasından asılı olmayaraq yalnız qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Mülkiyyət hüququ qanunla qorunur və ondan imtina yalnız könüllü şəkildə mümkündür. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyət hüququndan məhrum edilə bilməz. Mülkiyyətin məcburi qaydada alınması yalnız məhkəmənin qərarı ilə və qanunla müəyyən edilən hallarda, məsələn, cinayət nəticəsində əldə olunan əmlakın müsadirəsi zamanı mümkündür. Digər hallarda vətəndaşın mülkiyyət hüququna müdaxilə edilə bilməz.

Hətta vətəndaşın həmin əmlakla bağlı rəsmi çıxarışı olmasa belə, əgər o, uzun müddət həmin ünvanda yaşayır, kommunal xidmətləri ödəyir və faktiki istifadə hüququna malikdirsə, bu da nəzərə alınmalıdır. Ona görə də söküntü işləri yalnız vətəndaşın razılığı və tərəflər arasında əldə olunmuş razılaşma əsasında həyata keçirilməlidir. İnsanların hələ də yaşadığı binaların təhlükəsizlik təmin olunmadan sökülməsi isə hüquqi baxımdan ciddi məsuliyyət yaradan addım hesab olunur və belə qərarlar qəbul edilərkən bütün bu amillər mütləq nəzərə alınmalıdır”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
globalinfo.az

1Источники