RU

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatda məqsədləri fərqli ola bilər

BAKI, 14 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirilən əməliyyat çərçivəsində məqsədlərinin fərqli ola biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ lideri ABŞ və İsrailin qarşıya qoyduğu məqsədlərin eyni olub-olmaması ilə bağlı suala cavab verərkən onların müəyyən qədər fərqli ola biləcəyini qeyd edib.

“Məncə, onlar bir qədər fərqli ola bilər”, - deyə Tramp bildirib.

O, bu fərqlərin nədən ibarət olduğunu isə açıqlamayıb.

Избранный
92
teleqraf.com

1Источники