RU

Kvadrosiklin həyatına son qoyduğu 27 yaşlı Elçinin FOTOsu VİDEO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qubada istirahət zamanı adrenalin yaşamaq istəyən paytaxt sakini bədbəxt hadisə nəticəsində həlak olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qımılqazma kəndi ərazisində, kvadrosikllərin sürüldüyü sahədə baş verib.

Belə ki, Bakı şəhər sakini, 27 yaşlı Elçin Yusif oğlu Yusifov kvadrosikli idarə edərkən ehtiyatsızlıq edib və nəqliyyat vasitəsi daş hasara çırpılıb. Zərbənin şiddətindən ağır xəsarətlər alan gənc hadisə yerindəcə keçinib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
7
news.milli.az

8Источники