RU

Borussiya nın türkiyəli üzvü yayda hansı İstanbul nəhənginə qismət olacaq?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Dortmund ''Borussiya''sı bəzi futbolçularla bağlı yekun qərarını açıqlayıb. "Football-plus.az" xəbər verir ki, onların arasında müqavilə müddəti başa çatmaq üzrə olan Salih Özcan da var. Klubun rəsmi sosial şəbəkəsində paylaşılan məlumatda mövsümün sonunda türkiyəli futbolçu ilə yolların ayrılacağı qeyd olunub. Tərəflər qarşılıqlı şəkildə müqaviləni yeniləməməyə qərar veriblər. Paylaşımda Salihə 4 il ərzində kluba xidmət etdiyi üçün təşəkkür bildirilib. ''Köln''ün yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən 28 yaşlı yarımmüdafiəçi 2022-dən ''Borussiya''nın şərəfini qoruyurdu. Əsas heyətə düşməkdə çətinlik çəkən təcrübəli futbolçu bu mövsüm bundesliqada cəmi 8 oyunda ümumilikdə 32 dəqiqə oynamaq şansı qazanıb. Salihlə yanaşı ''arılar'' mərkəz müdafiəçisi Niklas Zyule ilə də yolları ayırmağa qərar veriblər. Bunu klubun idman direktoru Lars Rikken də təsdiqləyib. Salih böyük ehtimalla karyerasını Türkiyədə davam etdirəcək. Amma onun hansı İstanbul nəhənginə üstünlük verəcəyi maraq doğurur. Çünki bu futbolçuya hələ ilk dövrənin gedişindən həm ''Beşiktaş'', həm də ''Qalatasaray'' ciddi maraq göstərir. Qışda hətta ''Cim-Bom''un bu transferi 2-2,5 milyon avroya tamamlamaq istədiyi iddia edilmişdi. Amma ''arılar'' qışda Türkiyə yığmasının üzvünü buraxmaq istəməmişdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
1
icma.az

2Источники