RU

“Böyük yeddilik” Trampdan müharibəni dayandırmağı tələb edib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampı İranla müharibəni mümkün qədər tez başa çatdırmağa çağırıblar. Liderlər xüsusilə dünya neft ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizliyin tezliklə təmin olunmasının vacibliyini vurğulayıblar.

“Axios” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, məsələ G7 liderlərinin çərşənbə günü keçirilən onlayn görüşündə müzakirə olunub.

Məlumata görə, Tramp görüş zamanı bildirib ki, Hörmüz boğazındakı vəziyyət tədricən yaxşılaşır və kommersiya gəmiləri bu marşrut üzrə hərəkəti bərpa etməlidirlər. Lakin gecə saatlarında İraq sahillərində iki neft tankerinə hücum edilib. Bundan sonra ölkə hakimiyyəti bütün neft terminallarının fəaliyyətini müvəqqəti dayandırıb.

“Axios”un yazdığına görə, Tramp əməliyyatın nə vaxt başa çatacağı ilə bağlı konkret tarix açıqlamasa da, “işi başa çatdırmaq” lazım olduğunu bildirib.

Onun sözlərinə görə, məqsəd beş il sonra İranla yeni müharibənin qarşısını almaqdır. ABŞ prezidenti həmçinin iddia edib ki, İran “kapitulyasiya ərəfəsindədir”.

“Hazırda heç kim bilmir ki, ölkənin lideri kimdir, ona görə də kapitulyasiyanı elan edəcək şəxs yoxdur”, – deyə Tramp iddia edib.

Bundan bir gün sonra İranın yeni ali dini lideri Müctəba Xamenei ilk müraciəti ilə çıxış edib. O, ölkəsinin mübarizəni davam etdirəcəyini və İranın “şəhidlərinin qisasını alacağını” bəyan edib. Xamenei həmçinin dünya neftinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanmasının təzyiq aləti kimi saxlanmalı olduğunu bildirib.

Mənbələrin sözlərinə görə, danışıqlar zamanı Avropa liderləri də ABŞ prezidentinə müraciət ediblər.

Friedrix Merz, Keir Starmer və Emmanuel Makron Trampı Yaxın Şərqdəki münaqişənin Vladimir Putin rəhbərlik etdiyi Rusiyanın xeyrinə istifadə edilməsinə imkan verməməyə çağırıblar. Onlar həmçinin Moskva üçün sanksiyaların yumşaldılmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
azpolitika.info

1Источники