RU

Deputat Kamran Bayramov QDİƏT PA-nın komitə iclaslarında iştirak edəcək



Deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, həmçinin İqtisadi siyasət və inkişaf komitələrinin iclaslarında iştirak etmək üçün martın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, komitələrin iclaslarında “Qara dəniz regionunda rəqəmsal idarəetmə və innovasiyanın hüquqi ölçüləri” və “Qara dəniz iqtisadi əməkdaşlığına üzv dövlətlərində rəqəmsal transformasiya” mövzularında hesabatlar və tövsiyə layihələri müzakirə olunacaq.

Səfər martın 18-də başa çatacaq.

Süleyman
Избранный
60
2
newscenter.az

3Источники