AZ

Kamran Bayramov QDİƏT PA-nın komitə iclaslarında İştirak edəcək



Deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, həmçinin İqtisadi siyasət və inkişaf komitələrinin iclaslarında iştirak etmək üçün martın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Komitələrin iclaslarında “Qara dəniz regionunda rəqəmsal idarəetmə və innovasiyanın hüquqi ölçüləri” və “Qara dəniz iqtisadi əməkdaşlığına üzv dövlətlərində rəqəmsal transformasiya” mövzularında hesabatlar və tövsiyə layihələri müzakirə olunacaq.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər martın 18-də başa çatacaq.



Seçilən
60
2
aia.az

3Mənbələr