RU

ÜST-nin Baş direktoru Səhiyyə Nazirliyinin sanatoriyasında olub (FOTO)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Başdirektoru Tedros Adhanom Ghebreyesus Səhiyyə Naziri TeymurMusayevlə birgə nazirliyin professor Gindes adına Respublika Uşaqvə Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının XəstəlikləriSanatoriyasını ziyarət ediblər.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, səhiyyə naziri Teymur Musayev müəssisəninfəaliyyəti, uşaqlar və yeniyetmələr arasında vərəm və digərtənəffüs orqanları xəstəliklərinin profilaktikası, erkəndiaqnostikası, müalicəsi və reabilitasiyası istiqamətində həyatakeçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir qeyd edibki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamlarına əsasən Bakıda professor Gindes adına Respublika Uşaqvə Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının XəstəlikləriSanatoriyasının yeni binası inşa olunub. Bildirilib ki,sanatoriyada pasiyentlərin kompleks müalicəsi üçün zəruri tibbi vəsosial reabilitasiya xidmətləri təşkil olunub, müasir tibbiyanaşmalar və profilaktik proqramlar tətbiq edilir.

Sonra müəssisənin müalicə və diaqnostika bölmələri, laboratoriyavə reabilitasiya sahələri ilə tanışlıq olub. Bildirilib ki,sanatoriyada müasir tibbi avadanlıqlardan istifadə olunur,pasiyentlərin sağlamlığının bərpası və sosial adaptasiyası üçünkompleks tədbirlər həyata keçirilir.

ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus sanatoriyadayaradılmış şəraiti və uşaqların müalicəsi və reabilitasiyasıistiqamətində görülən işləri yüksək qiymətləndirib. O, qlobalsəviyyədə vərəmlə mübarizənin mühüm prioritetlərdən biri olduğunuqeyd edərək, bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycanarasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qonaqlar müəssisədə müalicə alan uşaqlarla görüşüb, onlarınmüalicə və reabilitasiya şəraiti ilə yaxından tanış olublar.

Sonda ÜST-nin Baş direktoru sanatoriyanın kollektivi ilə səmimigörüş keçirib, onların fəaliyyəti ilə yaxından tanış olub vəgörülən işləri yüksək qiymətləndirərək gələcək fəaliyyətlərindəuğurlar arzulayıb.

ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
ÜST-nin
Избранный
20
5
az.trend.az

6Источники