AZ

ÜST rəhbəri Bakıdakı Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasındakı işləri yüksək qiymətləndirib

ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə birgə professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasında olub.

Bu barədə "Far.Az"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, T.Musayev müəssisənin fəaliyyəti, uşaqlar və yeniyetmələr arasında vərəm və digər tənəffüs orqanları xəstəliklərinin profilaktikası, erkən diaqnostikası, müalicəsi və reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Nazir qeyd edib ki, sanatoriyada pasiyentlərin kompleks müalicəsi üçün zəruri tibbi və sosial reabilitasiya xidmətləri təşkil olunub, müasir tibbi yanaşmalar və profilaktik proqramlar tətbiq edilir.

Sonra müəssisənin müalicə və diaqnostika bölmələri, laboratoriya və reabilitasiya sahələri ilə tanışlıq olub. Bildirilib ki, sanatoriyada müasir tibbi avadanlıqlardan istifadə olunur, pasiyentlərin sağlamlığının bərpası və sosial adaptasiyası üçün kompleks tədbirlər həyata keçirilir.

ÜST-nin Baş direktoru sanatoriyada yaradılmış şəraiti və uşaqların müalicəsi və reabilitasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, qlobal səviyyədə vərəmlə mübarizənin mühüm prioritetlərdən biri olduğunu qeyd edərək bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Seçilən
10
5
far.az

6Mənbələr