RU

Trampın ayaqqabı “tələbi” Ağ Evdə heç kim bu ayaqqabıları çıxarmağa cəsarət etmir

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ dövlət katibi Marko Rubionun ayağında normaldan böyük görünən ayaqqabılarla çəkilən fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qısa müddətdə yayılan görüntülər bir çox istifadəçi tərəfindən zarafat və şərhlərlə qarşılanıb.

ABŞ mətbuatında yayılan məlumatlara görə, söhbət "Florsheim" markasına məxsus ayaqqabılardan gedir. 

"The Wall Street Journal" qəzetinin iddiasına əsasən, bu model Donald Tramp tərəfindən bəyənildiyi üçün yaxın çevrəsinə tez-tez hədiyyə olunur. Bildirilir ki, ABŞ prezidenti bu ayaqqabıları köməkçilərinə, hökumətdə çalışan bəzi yüksək vəzifəli şəxslərə və Ağ Evi ziyarət edən mühüm qonaqlara təqdim edir.

Məlumata görə, ayaqqabıların qiyməti təxminən 145 dollar təşkil edir və endirim dövrlərində qiymət 59 dollara qədər enə bilir. Qəzet yazır ki, Tramp rəsmi görüşlər zamanı belə ayaqqabılar haqqında danışır, köməkçilərindən həmin modeli alıb-almadıqlarını soruşur və bəzən toplantılarda iştirakçıların ayaqqabı ölçülərini təxmin etməyə çalışır.

Ağ Evdə adının açıqlanmasını istəməyən bir mənbə isə bildirib ki, Trampın hədiyyə etdiyi ayaqqabıları geyinmək demək olar ki, yazılmamış qaydaya çevrilib. Mənbənin sözlərinə görə, maraqlısı odur ki, demək olar heç kim onları geyinməməyə cəsarət etmir və artıq Ağ Evdə bir çox kişinin ayağında bu model var.

Mediada yayılan məlumatlara əsasən, Trampın hədiyyə etdiyi ayaqqabılardan istifadə edənlər arasında ABŞ vitse-prezidenti JD Vens, müdafiə naziri Pit Heqset, ticarət naziri Hovard Lutnik və nəqliyyat naziri Sin Duffi kimi kabinet üzvlərinin də olduğu bildirilir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
azpolitika.info

1Источники