Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
COP31 konfransını müzakirədən əməl müstəvisinə keçirməyi hədəfləyirik.
Bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murat Kurum XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Danışıqların o tərəfində: COP-u canlı saxlamaq mübarizəsi” adlı panel müzakirəsində deyib.
“İndiyə qədər bütün COP-larda qəbul edilən qərarları gücləndirəcəyik və bu qərarların praktikaya keçməyini təmin etmək istəyirik. Xüsusilə də, Türkiyə üç tərəfdən dənizlərlə əhatə olunduğuna görə, bu konfransda bütün dünyanın diqqətini dəniz və göllərə, onların təmizliyinin qorunub-saxlanılmasına cəlb edəcəyik”,- Murat Kurum bildirib.
Kurum iqlim dəyişikliyi ilə mübarizə və qarşıya qoyulan hədəflər barədə xalqların maarifləndirilməsi üçün səy göstəriləcəyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.