AZ

Murat Kurum: COP31 i müzakirədən əmələ keçirməyi hədəfləyirik

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COP31 konfransını müzakirədən əmələ keçirməyi hədəfləyirik.

APA xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murat Kurum XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Danışıqların o tərəfində: COP-u canlı saxlamaq mübarizəsi” adlı panel müzakirəsində deyib.

“İndiyə qədər bütün COP-larda qəbul edilən qərarları gücləndirəcəyik və bu qərarların praktikaya keçməyini təmin etmək istəyirik. Xüsusən Türkiyə üç tərəfdən dənizlə əhatə olunduğuna görə, bu konfransda bütün dünyanın diqqətini dəniz və göllərə, onların təmizliyinin qorunub-saxlanılmasına cəlb edəcəyik”, - Murat Kurum bildirib.

Kurum iqlim dəyişikliyi ilə mübarizə və qarşıya qoyulan hədəflər barədə xalqların maarifləndirilməsi üçün səy göstəriləcəyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
3
apa.az

4Mənbələr