RU

Cenevrədə siqhlərin Hindistanda təqib olunması probleminə dair konfrans başlayır  

İsveçrənin Cenevrə şəhərində “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqh müqaviməti və BMT” adlı beynəlxalq konfrans başlayır.

AZƏRTAC xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində keçirilən konfransı Bakı Təşəbbüs Qrupu (BTQ) təşkil edir.

Konfransda ABŞ, Kanada, Avropa İttifaqı, Birləşmiş Krallıq və Avstraliyadan olan siqh diasporunun görkəmli nümayəndələri, eləcə də Hindistan hökumətinin repressiya və irqçi siyasətinin qurbanı olmuş şəxslər iştirak edirlər.

Konfransdan əvvəl BTQ-nin icraçı direktoru Abbas Abbasov AZƏRTAC-a müsahibə verərək tədbirdə müzakirə olunacaq məsələləri açıqlayıb, onların universal insan hüquqları, etnik və dini azlıqların hüquqları kontekstində aktuallığını vurğulayıb. O, həmçinin bu gün günortadan sonra Cenevrə Mətbuat Klubunda BTQ və siqh təşkilatlarının bu məsələ ilə bağlı araşdırmalarının nəticələrini əks etdirən birgə hesabatının dərc olunacağını elan edib. Abbasov vurğulayıb ki, mətbuat konfransında beynəlxalq media qurumlarının jurnalistləri iştirak edəcəklər.

Избранный
4
1
azerbaijan-news.az

2Источники