RU

İFA ilə yenidən anlaşdı

Qrehem Potter İsveç yığmasını daha uzun müddət çalışdırmaq hüququ qazanıb. İsveç Futbol Assosiasiyası (İFA) milli komandanın baş məşqçisi ilə müqaviləni yeniləyib.

İFA-nın mətbuat xidmətinin məlumatında ingilis mütəxəssisin yeni sözləşməsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilir. Potter İsveçi 2025-ci ilin oktyabrından çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi iki oyundan heç-heçə və məğlubiyyət ilə ayrılıb.

Yeri gəlmişkən, İsveç DÇ-2026-nın seçmə mərhələsinin pley-offunun yarımfinalında martın 26-da Ukrayna ilə qarşılaşacaq. Bu matçın qalibi ayın 31-nə təyin olunan finalda Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Избранный
48
football-plus.az

1Источники