RU

Yan Kubiş: Azərbaycan və Slovakiya arasında münasibətlər fəal şəkildə inkişaf edir

Azərbaycan və Slovakiya arasında münasibətlər yüksək səviyyədədir və fəal şəkildə inkişaf edir.

Bu barədə "Report"a eksklüziv müsahibəsində Slovakiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yan Kubiş XIII Qlobal Bakı Forumu çərçivəsində bildirib.

"Ölkələrimiz arasında ənənəvi olaraq möhkəm və dostluq münasibətləri var ki, bunlar fəal şəkildə inkişaf etməyə və dərinləşməyə davam edir. Əminəm ki, gələcək əməkdaşlıq üçün, xüsusilə iqtisadi sahədə əhəmiyyətli potensial mövcuddur", - o deyib.

Y.Kubiş həmçinin vurğulayıb ki, ölkələr enerji sahəsində əməkdaşlığı inkişaf etdirir və gələcəkdə onu möhkəmləndirmək niyyətindədir:

"Enerji məsələsi artıq gündəmdədir. Biz çox şadıq ki, Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini və hökumətin digər nümayəndələri ilə görüş zamanı Azərbaycanın müxtəlif tranzit marşrutlarından istifadə edərək Slovakiyaya karbohidrogen tədarükünə hazırlığını təsdiqləyib".

Избранный
30
far.az

1Источники