RU

Daha iki prezident Bakıya gələcək

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfər etməyi planlaşdırır və onun administrasiyası hazırda bu məsələni Azərbaycan tərəfi ilə müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Slovakiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yan Kubiş bildirib.

“Səfər həqiqətən planlaşdırılır, gündəmdədir və hazırda diplomatik kanallar vasitəsilə Azərbaycandakı dostlarımızla bu səfərə hazırlıqla bağlı danışıqlar aparılır”, – Kubiş qeyd edib.

Kubiş Pelleqrinin səfərinin məqsədini dəqiqləşdirməsə də, onun Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edə biləcəyini ehtimal edib.

“Bununla bağlı dəqiq məlumat verə bilmərəm. Lakin güman edirəm ki, bu mümkündür, çünki şəhər inkişafı beynəlxalq ictimaiyyət və mənim ölkəm üçün ən mühüm mövzulardan biridir”, – prezidentin köməkçisi bildirib.

X X  X

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov bildirib.

Prezidentin müşaviri təsdiqləyib ki, dövlət başçısının Bakıda WUF13-də iştirak etmək üçün səfəri planlaşdırılır.

“Biz artıq hazırlaşırıq. Və dünən nümayəndə heyətini salamlama zamanı Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan prezidentinin bu dəvəti qəbul etdiyinə və bu forumda iştirak etməyə hazır olduğuna görə təşəkkürünü bildirib”, – o deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
globalinfo.az

1Источники