RU

Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak edəcək



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak edəcək.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report"a Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov bildirib.

Prezidentin müşaviri təsdiqləyib ki, dövlət başçısının Bakıda WUF13-də iştirak etmək üçün səfəri planlaşdırılır.

"Biz artıq hazırlaşırıq. Və dünən nümayəndə heyətini salamlama zamanı Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan prezidentinin bu dəvəti qəbul etdiyinə və bu forumda iştirak etməyə hazır olduğuna görə təşəkkürünü bildirib", - o deyib.
Избранный
22
2
newscenter.az

5Источники