RU

Abidə önündə “gender party” ailəyə BAHA BAŞA GƏLDİ: 43 min manat CƏRİMƏ – VİDEO

Kaluqa vilayətində Jukov abidəsi yaxınlığında “gender party” edən ailəyə cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Kaluqa vilayətində 33 yaşlı Andrey və onun 29 yaşlı hamilə həyat yoldaşı Nadejda iki uşağı ilə birlikdə sərkərdə Jukovun xatirə kompleksinin önündə doğulacaq uşaqlarının cinsiyyətini öyrənmək qərarına gəliblər.

Belə ki, onlar sevinclə havaya içərisində mavi rəng olan iki boya balonu sıxıblar. Lakin boyanın bir hissəsi abidənin postamentinə (altlığına) dağılıb.

Əlavə olaraq bildirilir ki, Böyük Vətən müharibəsi dövründə Vətəni və onun maraqlarını müdafiə edən şəxslərə həsr olunmuş xatirə qurğularını təhqir etdiklərinə görə ailəyə qarşı cinayət işi başlanıb.

İndi onları 2 milyon rubl (təxminən 43 180 manat) məbləğində cərimə gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
7
interpress.az

1Источники