RU

Şahmar Mövsümov: Dəhlizlər təkcə nəqliyyat deyil, enerji və rəqəmsal əlaqələr üçün də vacibdir

Şahmar
Azərbaycan coğrafi mövqeyindən istifadə edərək Şərq və Qərb, eləcə də Şimal və Cənub istiqamətləri üzrə əlaqələrini genişləndirir. 1news.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya bağlantı keçidi” adlı paneldə deyib.
Onun sözlərinə görə, hazırda dünyada ticarət sahəsində müəyyən çətinliklər mövcuddur, lakin Azərbaycan geostrateji mövqeyindən istifadə edərək regionlararası əlaqələrin gücləndirilməsinə çalışır. Ş.Mövsümov vurğulayıb ki, hər hansı əməkdaşlıq sülh şəraiti olmadan mümkün deyil və ötən il Ağ Evdə baş tutan tarixi görüş Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə şərait yaradıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan regional dəhlizlərin inkişafına ciddi investisiyalar yatırır və bu layihələr yalnız yük daşımaları ilə məhdudlaşmır. Onun sözlərinə görə, dəhlizlər enerji və rəqəmsal bağlantılar baxımından da mühüm əhəmiyyət daşıyır. Ş.Mövsümov bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə regional nəqliyyat və enerji marşrutlarının inkişafında mühüm rol oynayır. O xatırladıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə hazırda 16 ölkəyə təbii qaz ixrac edir.

O həmçinin Azərbaycanın digər əməkdaşlıq layihələrindən danışaraq Bakının Orta Dəhlizin inkişafı və şaxələndirilməsinə verdiyi töhfəni də vurğulayıb.

Избранный
33
1news.az

1Источники