RU

İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır - COP22 prezidenti

Bakı. Trend:

İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır.

Trend xəbər verirki, bu barədə 2013–2017-ci illərdə Mərakeşin Xarici İşlər vəƏməkdaşlıq naziri, COP22 Prezidentı Səlahəddin Mezuar bu gün “Keçiddövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

“Bu gün məsələ yalnız iqlim öhdəlikləri ilə bağlı danışıqlardeyil, həm də prosesin özünün effektiv qalmasıdır. Dünya getdikcədaha da parçalanır və multilateralizm təzyiq altında qalır”, – deyəo qeyd edib.

Mezuarın sözlərinə görə, bu kontekstdə COP-da əsasqərarqəbuletmə prosesi qlobal əməkdaşlıq üçün son universalməkanlardan biri olaraq qalır.

“Əsas proses beynəlmilləl xarakter daşıyır: bütün ölkələr hələdə bir masanın ətrafında otururlar. Müasir dünyada bubeynəlmilləllik heç vaxt olmadığı qədər önəmlidir. İqlimdəyişikliyi qlobal çağırışdır. Və bu çağırışlar qlobal əməkdaşlıqtələb edir”, – deyə o vurğulayıb.

O həmçinin, COP sisteminin xüsusiyyətlərinə diqqət çəkib. Onunsözlərinə görə, sistem konsensus əsasında qurulub.

“Konsensus legitimlik verir və hər ölkənin səsvermə hüququnutəmin edir. Amma konsensus həm də çağırış yaradır: yekdil qərarqəbulu tələb olunan hallarda, irəliləyiş ləng gedə bilər”, – obildirib.

Mezuar iqlim fəaliyyətlərinin sürətləndirilməsi üçün “iradəkoalisiyaları”nın mümkünlüyünü qeyd edib.

“Bu koalisiyalar daha sürətli hərəkət edə bilər – öhdəlikdənicraya. Lakin onlar COP prosesinin yerini tutmamalıdır. Onlarınməqsədi prosesi dəstəkləmək və mövcud sistem çərçivəsindəəməkdaşlıq etməkdir”, – deyə o vurğulayıb.

Mezuar iqlim fəaliyyətlərinin sürətləndirilməsi üçün “iradəkoalisiyaları”nın mümkünlüyünü qeyd edib.

Избранный
61
1
az.trend.az

2Источники