RU

ABŞ HƏMAS-la əlaqəli xeyriyyə təşkilatlarına sanksiya tətbiq edib

ABŞ Xəzinədarlıq Nazirliyi HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı tədbir görərək dörd xeyriyyə təşkilatına sanksiya tətbiq edib. Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) bu qurumların HƏMAS-ın hərbi qanadını maliyyələşdirdiyini bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ Xəzinədarlıq katibi Skott Bessentin sözlərinə görə, HƏMAS humanitar fəaliyyət görüntüsü altında fəaliyyət göstərən saxta xeyriyyə təşkilatlarından istifadə edərək terror əməliyyatlarını maliyyələşdirir. O qeyd edib ki, ABŞ bu cür maliyyə şəbəkələrini fəaliyyət göstərdikləri hər yerdə hədəfə almağa davam edəcək.

Məlumata görə, sanksiya siyahısına Türkiyədə fəaliyyət göstərən Ghazi Destek Dernegi, Hayat Yolu və Palestinian White Hands Assistance and Solidarity Association, eləcə də İndoneziyada fəaliyyət göstərən Komite Nasional Untuk Rakyat Palestina daxil edilib.

ABŞ tərəfi bildirir ki, bu təşkilatlar vasitəsilə toplanan vəsaitlərin bir hissəsi HƏMAS-ın hərbi qanadına yönləndirilib. Sanksiyalar nəticəsində bu qurumların ABŞ-dəki aktivləri dondurulur və ABŞ vətəndaşlarının onlarla maliyyə əməliyyatları aparması qadağan edilir.

Fatimə Nəbiyeva

Избранный
38
qht.az

1Источники