RU

Ramananın bəzi yerlərində elektrik enerjisi olmayacaq

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisi olmayacaq...

"Azərişıq"dan verilən məlumata görə, martın 13-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Ramana qəsəbəsinin bir hissəsi, eləcə də Savalan karyer adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Poliqon.info

Избранный
31
3
poliqon.info

10Источники