RU

Baş nazirdən infilyasiya ilə bağlı mühüm açıqlamalar

2025-ci ildə ölkəmizdı inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib.

Musavat.com-un xəbərinə görə, bunu baş nazir Əli Əsədov parlamentdə bildirib.

Hökumət vaşçısı qeyd edib ki, makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür:

“2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat (2.4% çox) icra olunub.

Prezident İlham Əliyevin cari ilin 21 yanvar tarixində Davos Forumunda vurğuladığı kimi, qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın əsas prioriteti makroiqtisadi sabitliyin qorunması, fiskal intizam və iqtisadiyyatın neftdən kənar sahələr üzrə şaxələndirilməsi və inkişafıdır. Hesabat ilində institusional sahədə islahatlar davam etmiş, sahibkarlığın inkişafı, biznes-investisiya mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması, şəffaflıq və dövlət maliyyəsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Cənab Prezidentin 2025-ci il 25 avqust tarixli Fərmanı dövlət maliyyəsinin səmərəli idarə olunmasında rəqəmsal həllərin genişləndirilməsini hədəfləyir. Bu məqsədlə yaradılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi büdcə proseslərinin, maliyyə nəzarətinin, xəzinədarlıq, eləcə də dövlət qurumları arasında maliyyə sənədlərinin elektron mübadiləsini təmin edəcək”.


Picture

Baş nazir bildirib ki, 2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib:

“Əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib. 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib (2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur). Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib.
Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.

Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı isə iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır. Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq vəsait ayrılmışdır (artım 5,1%). 2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir. Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır”.

E.Paşasoy,
Musavat.com

Избранный
52
2
musavat.com

10Источники