AZ

Əli Əsədov: “Maaşlar və pensiyalar müntəzəm olaraq artırılır”

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

“2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib. 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu 2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur”.  Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.Baş nazir bildirib ki, son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib:"Bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir".Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
10
bizim.media

10Mənbələr