RU

İran Hörmüz boğazında qalan 15 Türkiyə gəmisindən birini buraxdı

İran Hörmüz boğazında qalan 15 Türkiyə gəmisindən birini buraxıb

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, İran Hörmüz boğazında sıxışıb qalmış 15 Türkiyə gəmisindən birincisinin keçidinə icazə verib. Nazir izah edib ki, həmin gəmi İran limanından istifadə etdiyi üçün onun buraxılmasına qərar verilib.

“Türkiyəli sahibkarlara məxsus 14 gəmi hələ də oradadır və biz onlarla daim əlaqə saxlayırıq. Onlardan altısı sərnişinləri ilə birlikdə gözləyən kruiz laynerləridir”, – deyə nazir əlavə edib.

Əlavə olaraq Uraloğlu qeyd edib ki, hazırda İran, İraq, İordaniya, Livan və Suriyaya aviaüçuşlar dayandırılıb. Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Omandan ölkəyə qayıda bilməsi üçün əlavə reyslər təşkil edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
16
interpress.az

1Источники