RU

Baş nazir iqtisadi göstəriciləri açıqladı

“2025-ci ildə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4% artaraq 129,1 mlrd. manat olub”.

Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

Baz nazir qeyd edib ki, qeyri-neft sektoru real ifadədə 2,7% artaraq 92,3 mlrd.manata çatıb: “İqtisadiyyatda ümumi əlavə dəyərin 72%-i məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5% artım olub. Neft-qaz sektorunda 1,6% azalma olub.

Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub. Xarici ticarətdə 6,4 mlrd.dollarlıq müsbət saldo (qızıl idxalı çıxılmaqla) və qeyri-neft ixracının 8%-dən çox artaraq 3,6 mlrd. dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.

Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. dollar və ya 20% artaraq 85 mlrd.dolları keçib. Hazırda bu rəqəm 91 milyard dollardır. Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu 18 dəfəyədək üstələyir.

Избранный
3
1
publika.az

8Источники