BAKI, 13 mart. TELEQRAF
"ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4% artaraq 129,1 mlrd. manat olub. Qeyri-neft sektoru isə real ifadədə 2,7% artaraq 92,3 mlrd. manata çatıb".
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışında deyib.
O qeyd edib ki, iqtisadiyyatda ümumi əlavə dəyərin 72%-i məhz qeyri-neft sektorunda yaranıb.
“Qeyri-neft-qaz sənayesində isə 5,5% artım olub. Neft-qaz sektorunda 1,6% azalma müşahidə olunub. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub.
Xarici ticarətdə 6,4 mlrd.dollarlıq müsbət saldo (qızıl idxalı çıxılmaqla)və qeyri-neft ixracının 8%-dən çox artaraq 3,6 mlrd. dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir”.