RU

Türkiyədə yeni güclü zəlzələ

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin ( EMSC ) 13 martda verdiyi məlumata görə, Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Mütəxəssislərin fikrincə, zəlzələnin episentri 6 km dərinlikdə yerləşib. Episentr təxminən 129.000 əhalisi olan Tokat şəhərindən 46 km şimalda yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Martın 9-da Türkiyənin Dənizli vilayətində də 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Buldan kəndi yaxınlığında, ocağı isə 7 km dərinlikdə yerləşib.

P.ƏMİRCANOV
XQ

 

Избранный
26
1
xalqqazeti.az

2Источники