RU

2025 ci ildə təhsil müəssisələrinə rekord vəsait ayrılıb

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə dövlət büdcəsindən təhsil və elm sahəsinə 4,8 milyard manatdan artıq vəsait ayrılıb ki, bu da ötən illə müqayisədə 5,1% artım deməkdir. Bu vəsait insanların dayanıqlı bilik və bacarıqlara yiyələnməsi üçün zəruri olan insan kapitalının inkişafına yönəldilir.

Bakıvaxtı.az xəbər verir ki,  Nazirlər Kabinetinin məlumatına görə, ötən il 31 təhsil müəssisəsində işlər yekunlaşdırılıb. Onlardan 11-i Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilmişdir. Hazırda isə 97 təhsil müəssisəsində tikinti-quraşdırma işləri davam edir; bunlardan 70-i modul tipli məktəblərdir.

Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən, 10 peşə təhsil, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində  cari təmir işləri aparılıb. İşlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
60
1
bakivaxti.az

10Источники