"Bakı Dəmir Beton - 4" ASC 2025-ci ilin 31 dekabr tarixinə bitən il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki hesabat dövründə şirkətin əsas əməliyyat gəliri (və eyni zamanda ümumi mənfəəti) 2025-ci ildə 857,6 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 116,6 min manat (15,7%) artım deməkdir.
İnzibati xərclər 418,6 min manata bərabər olmaqla , əvvəlki llə müqayisədə 90,2 min manat (27,5%) artıb.
Əməliyyat mənfəəti (və vergiqoymadan əvvəl mənfəət) 439,0 min manata bərabər olub. Bu, 2024-cü illə müqayisədə 26,4 min manat (6,4%) artım deməkdir.
Mənfəət vergisi xərci 87,8 min manat təşkil edərək, əvvəlki llə müqayisədə 5,3 min manat (6,4%) artıb.
Yekun nəticədə, "Bakı Dəmir Beton - 4" ASC-nin hesabat dövründə xalis mənfəəti 21,1 min manat (6,4%) artaraq 351,2 min manata yüksəlib.
Şirkətin cəmi aktivləri 2025-ci ilin sonu üzrə 2 milyon 473,3 min manat təşkil edib. İl ərzində 76,5 min manatlıq (3,2%) artım qeydə alınıb.
Cəmi uzunmüddətli aktivlər (Torpaq, tikili və avadanlıqlar) 2 milyon 48,6 min manata bərabər olub. Bu, 2024-cü illə müqayisədə 82,3 min manat (3,9%) azalmadır.
Cəmi qısamüddətli aktivlər isə 158,8 min manat (59,7%) artımla 424,7 min manata yüksəlib.
Ehtiyatlar 5,8 min manat səviyyəsində dəyişməz qalıb.
Qısamüddətli debitor borcları 177,6 min manat (74,9%) artaraq. 414,8 min manata çatıb.
Pul vəsaitləri və onların ekvivalentləri 4,0 min manata enib. İl ərzində 18,8 min manat (82,5%) və ya təxminən 5,7 dəfə azalma baş verib
Sair qısamüddətli aktivlər 2024-cü ildə 47 manat təşkil edib, 2025-ci ildə isə olmayıb.
Cəmi öhdəliklər 941,5 min manata bərabər olub. İllik müqayisədə 64,7 min manat (7,4%) artım baş verib
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 30 min manat (43,8%) artaraq 98,5 min manata, qısamüddətli kreditor borcları 34,7 min manat (4,3%) artaraq 843,0 min manata yüksəlib.
Cəmi kapital 2025-ci ilin sonu üzrə 1 milyon 531,8 min manata bərabər olub. Bu, 2024-cü ildəki 1 milyon 520 min manatla müqayisədə 11,8 min manat (0,8%) artımdır.
Nizamnamə kapitalı 760,9 min manat səviyyəsində dəyişməz qalıb.
Kapital ehtiyatları 419,8 min manata bərabər olub. Bu ehtiyatlar 9,3 min manat (2,2%) azalıb.
Bölüşdürülməmiş mənfəət 21,1 min manat (6,4%) artaraq 351,2 min manata bərabər olub.


