RU

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu xeyli artıb - Kamaləddin Qafarov

Bakı. Trend:

Cənubi Qafqazda baş verən son siyasi və iqtisadi proseslərgöstərir ki, Azərbaycan artıq regionun sabitlik və əməkdaşlıqgündəliyini müəyyən edən əsas aktorlardan birinə çevrilib.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarovbildirib.

O, qeyd edib ki, bu reallıq xüsusilə Avropa strukturları iləəlaqələrin inkişaf dinamikasında özünü aydın şəkildə göstərir:

“Bakıda keçirilən son görüşlər və aparılan müzakirələr dətəsdiqləyir ki, Azərbaycanla Avropa arasında tərəfdaşlıq yenimərhələyə daxil olur və bu proses həm regional təhlükəsizlik, həmdə iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.Prezident İlham Əliyev martın 11-də Avropa İttifaqı ŞurasınınPrezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı mətbuatabəyanatında Avropa strukturları ilə dialoqun intensiv xarakterdaşıdığını qeyd edərək, son dövrlərdə aparılan görüşlərin tərəflərarasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirdiyini vurğuladı.Dövlət başçısının sözlərinə görə, yüksək səviyyəli qarşılıqlısəfərlər və davamlı siyasi dialoq iki tərəf arasında etimadıngüclənməsinə və əməkdaşlıq gündəliyinin genişlənməsinə xidmət edir.Bu baxımdan Bakıda keçirilən görüşlərin təkcə diplomatik hadisədeyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edənmühüm platforma olduğu aydın görünür”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın Avropa üçün stratejitərəfdaş kimi qəbul olunmasının əsas səbəblərindən biri enerjisahəsində əldə edilən uğurlardır:

“Son illər həyata keçirilən enerji layihələri Avropa ölkələrininenerji təhlükəsizliyində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədəartırıb. Xüsusilə 2022-ci ildə imzalanmış enerji sahəsində stratejitərəfdaşlıq sənədindən sonra Azərbaycanın qaz ixracı həm coğrafiya,həm də həcm baxımından genişlənib. Bu gün Avropanın bir sıradövlətləri məhz Azərbaycan qazı hesabına enerji təminatını dahadayanıqlı şəkildə qurur. Prezident İlham Əliyev çıxışında qeyd etdiki, Azərbaycan qazının artıq çoxsaylı ölkələrə çatdırılmasıölkəmizin qlobal enerji bazarında mövqeyini gücləndirib. Borukəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən ölkələrarasında Azərbaycanın ön sıralarda yer alması, eyni zamanda,Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm roloynaması dövlətimizin strateji əhəmiyyətini daha da artırır. Bufaktor həm də Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı vəuzunmüddətli enerji təchizatçısı kimi qəbul olunduğunu göstərir.Enerji ilə yanaşı, təhlükəsizlik və nəqliyyat sahələrindəəməkdaşlıq da diqqət mərkəzindədir. Xüsusilə Orta Dəhlizin inkişafıAvropa ilə Asiya arasında yeni logistika imkanları yaradır vəAzərbaycan bu prosesdə əsas tranzit mərkəzlərdən biri kimi çıxışedir. Bu marşrutun genişləndirilməsi regionda iqtisadi aktivliyinartmasına və yeni ticarət əlaqələrinin formalaşmasına töhfəverəcək. Bununla yanaşı, bölgədə sülh gündəliyinin irəliləməsi dəAzərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə təsir edən mühümamillərdən biridir. Uzun illər davam edən münaqişə mərhələsindənsonra regionda yeni reallıqlar formalaşır və sülhə doğru atılanaddımlar əməkdaşlıq imkanlarını genişləndirir. Artıq sülhşəraitinin yaratdığı imkanlar iqtisadi və nəqliyyat layihələrinininkişafına da müsbət təsir göstərməkdədir. Bütün bunlar göstərirki, Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də regionalsabitliyin təmin olunmasında mühüm rol oynayan məsuliyyətlidövlətdir. Ölkəmizin həyata keçirdiyi siyasət həm regionaltəhlükəsizliyin möhkəmlənməsinə, həm də qlobal əməkdaşlıq mühitiningenişlənməsinə xidmət edir. Azərbaycanın artan beynəlxalq nüfuzu vəkonstruktiv diplomatik fəaliyyəti isə onu Avropa və digərbeynəlxalq aktorlar üçün daha da vacib strateji tərəfdaşaçevirir”.

Избранный
30
13
az.trend.az

10Источники