RU

"Həyat sığortası yoxdur"

İsrailin baş naziri Benyamin Netanyahu İranın yeni ali lideri Müctəba Xameneini sərt şəkildə tənqid edib.

Publika.az İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu, İsrail və ABŞ-ın birgə hərbi kampaniyasının gözləniləndən daha sürətli irəlilədiyini və İranı əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib.

O, həmçinin İranın yeni ali liderini ələ salaraq, onu İslam İnqilabı Keşikçiləri Korpusunun "kuklası" adlandırıb və üzünü ictimaiyyətə göstərə bilmədiyini iddia edib.

Netanyahudan Müctəba Xameneini hədəf alıb-almayacağı soruşulduqda, "Terror təşkilatlarının heç bir liderinə həyat sığortası verməzdim" cavabını verib.

Избранный
28
publika.az

1Источники