RU

İsraildən 52 milyarder “Forbes”in siyahısına düşüb

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin ən varlı xanımı Miriam Adelson

“Forbes” jurnalının yeni qlobal milyarderlər siyahısına İsrail vətəndaşı olan 52 nəfərin adı daxil edilib. Nəşrin məlumatına görə, bu, İsrail üçün rekord göstəricidir. İsrailli milyarderlərin ümumi sərvətinin 308 milyard dollar olduğu bildirilir.

Reyting.az xəbər verir ki, bu siyahıda israillilər arasında ən varlı şəxs Miriam Adelsondur. Onun sərvəti 36,6 milyard dollardır və qlobal reytinqdə 56-cı yeri tutur.

İkinci yerdə İdan Ofer (34,6 milyard dollar), üçüncü yerdə onun milyarder qardaşı Eyal Ofer 33,6 milyard dollarlıq kapitalı ilə qərarlaşıb.

Dördüncü və beşinci yerləri oyun şirkəti "Playrix"in qurucuları, eləcə də keçmiş SSRİ əsilli yəhudi mühacirlər və iş adamları olan Dmitri Bukhmanla İqor Bukhman bölüşüb. Onların hər birinin sərvəti 13,6 milyard dollardır.

"Forbes" jurnalının təqdim etdiyi yeni siyahıda 3428 milyarderin adı var. Dünyanın ən varlı insanı isə yenə İlon Maskdır. Onun sərvəti 839 milyard dolları ötüb.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
reyting.az

1Источники