ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
İsrail və ABŞ hərbi aviasiyası Tehranın şərq rayonlarına aviazərbələr endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, İran paytaxtının qırıcı təyyarələrin hücumuna məruz qaldığı iki dairəsində partlayışlar baş verib. Hələlik dəyən zərər və mümkün xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumları Tehran tərəfindən qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq genişmiqyaslı əməliyyat başladığını və İsraildəki obyektləri hədəfə aldığını bildirib.
Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektlərinə də zərbələr endirildiyi qeyd olunur.
İrana qarşı hücumlar nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və İslam Respublikasının rəhbərliyində təmsil olunan bir sıra digər əsas fiqurların həlak olduğu bildirilir.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.