RU

İraqdakı bazaya PUA hücumu: Fransız hərbçisi öldü

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

İraqdakı bazaya PUA hücumu nəticəsində yaralanan fransız hərbçilərindən biri ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib.

"“Alp Reyncers” batalyonunun baş çavuşu Arnaud Frion İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücum zamanı Fransa üçün həlak olub", - Makron yazıb.

Fransa prezidenti bir neçə hərbçinin isə yaralandığını yazıb:

"Fransa onlara və onların yaxınlarına öz dəstəyini ifadə edir".

Qeyd edək ki, İraqın şimalında, İraq Kürdüstan Regionunun rayonlarından birində dron hücumu olub. Məlumata görə, hücum Ərbil yaxınlığındakı kürd milis dəstələrinin düşərgəsinə olub.

“Shafaq News” portalının yaydığı məlumata görə isə kürd qüvvələri və Fransa ordusunun birgə bazası dron hücumuna məruz qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
97
4
bakivaxti.az

6Источники