RU

Tarixdə heç vaxt olmayıb: İran ilkə imza atmaq istəyir İnanılmaz ssenari

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İran dünya bazarlarını ciddi enerji böhranı ilə hədələyib. Ölkənin hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, regiondakı təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Belə bir ssenarinin reallaşması mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, regionda baş verən hadisələr, xüsusilə də Hörmüz boğazı ətrafındakı gərginlik enerji sektorunda ciddi risklər yaradır:

“Bu səbəbdən təxirəsalınmaz tədbirlərin görülməsi zərurdir. Əgər belə addımlar atılmasa, neftin qiymətinin 200 dollara qədər yüksəlməsi ehtimalı real görünür. Lakin ABŞ və onun müttəfiqlərinin bu prosesi nəzarətsiz buraxacağı gözlənilmir və bununla bağlı müəyyən qərarların qəbul ediləcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Bir müddət əvvəl bildirildi ki, artıq 32 ölkə strateji neft ehtiyatlarının bir hissəsini dünya bazarına çıxarmağı planlaşdırır. Söhbət ümumilikdə 400 milyon barel neftdən gedir ki, bu da kifayət qədər böyük həcmdir. Nəzərə almaq lazımdır ki, hazırda dünyada gündəlik neft tələbatı təxminən 103 milyon barel təşkil edir. Hörmüz boğazı vasitəsilə daşınan neft isə qlobal daşımaların təxminən 20 faizinə bərabərdir. Bu da gündəlik olaraq təxminən 20-21 milyon barel neft deməkdir”.

Eldəniz Əmirov

İqtisadçı bildirib ki, belə bir şəraitdə bazara əlavə neft ehtiyatlarının çıxarılması daşınmada yaranan risklərin təsirini müəyyən qədər azalda bilər:

“Əgər 400 milyon barel strateji ehtiyat mərhələli şəkildə bazara çıxarılsa, bu, təxminən 20 gün ərzində Hörmüz boğazı istiqamətində yarana biləcək çatışmazlığı qismən kompensasiya etməyə imkan verəcək. Beləliklə, neft qiymətlərinin 200 dollara qədər yüksəlməsi ehtimalı xeyli azalacaq və enerji təhlükəsizliyi ilə bağlı yaranmış risklər qısa müddət üçün də olsa müəyyən dərəcədə sığortalanmış olacaq”.

Qeyd edək ki, dünya bazarında neftin ən yüksək qiyməti 2008-ci ildə təxminən 147 dollar/barrel olub. Sonrakı illərdə müxtəlif böhranlar zamanı qiymət çox qalxsa da (məsələn, 2022 və 2026-da), 200 dollar səviyyəsinə çatmayıb.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
89
globalinfo.az

1Источники