RU

“Gəncliyimizdə bir birimizə aşiq idik” 30 illik sevgilərindən danışdı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyəli məşhur müğənni Candan Erçetinlə 30 ildir sevgili olan aktyor Hakan Karahan məşhur müğənniyə etdiyi jestlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Kızılcık Şərbəti” serialında rol alan H.Karahan qatıldığı televiziya proqramında özü haqqında bəzi bilinməyən detallarını paylaşıb.

Hakan Karahan bildirib ki, Candan Erçetinlə münasibətləri illər ərzində dəyişsə də, mahiyyət etibarilə həmişə heyranlığa əsaslanıb.

“Candan və mən 30 ildən çoxdur ki, birlikdəyik. Heyranlıq ən vacib şeydir. Gəncliyimizdə bir-birimizə aşiq idik. Sevgi zamanla sevgiyə, sonra isə dostluğa və yoldaşlığa çevrilir”, – deyə Karahan vurğulayıb.

Hakan Karahan həm aktyor, həm də yazıçı kimi tanınır. O, Candan Erçetinin təbiətlə olan əlaqəsindən də danışıb: “Candan təbiəti, əkin və biçini çox sevir. O, Lüleburqazda torpaq sahəsi alıb və dörd otaqlı ferma evi tikib. Onun toyuqları, qazları və itləri var”.

Karahan Erçetinin daha dinc bir mühitdə yaşaması üçün etdiyi jesti də qeyd edib: “Mən onun yanındakı sahəni heç kim Candanı narahat etməsin deyə aldım”.

Candan Erçetin bir neçə ay əvvəl qatıldığı proqramda Hakan Karahanla münasibətlərindən danışmışdı: “Düşünürəm ki, sevgi dəyişə bilən bir şeydir. Sevgi asanlıqla yox olmur. Sevgi güclənməsə, bu qədər uzun müddət birlikdə qalmaq mümkün deyil... İndi bir-birimizi tanıyırıq, bir-birimizi başa düşürük. Dediyim kimi, sevgi, əslində, dəyişir”.

Müğənni həmçinin bir vaxtlar ən seksual qadınlar siyahısına daxil edilməsinin onu utandırdığını bildirib:

“Bu, çox utandırıcı bir xəbər idi. 12 il konservatoriyada təhsil almışam. Güclü emosiyalarla mahnılar ərsəyə gətirmişəm. Niyə seksual qadınlar siyahısına daxil edilmişəm? Bu, çox utandırıcı deyilmi?”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
112
qafqazinfo.az

1Источники