RU

ABŞ vətəndaşlarının əksəriyyəti İrana qarşı hücumların dayandırılmasını istəyir

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrana qarşı hərbi hücumların dayandırılmasını dəstəkləyən ABŞ vətəndaşlarının sayı əməliyyatların davam etdirilməsini istəyənləri üstələyir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin martın 12-də dərc etdiyi rəy sorğusunda bildirilir.

Sorğuya əsasən, respondentlərin əksəriyyəti İrana hücumların dayandırılmasının lehinə səs verib. Lakin bu göstəricidə azalma müşahidə olunur: martın 1-də keçirilən sorğuda hücumların dayandırılmasını istəyənlər 47% təşkil etdiyi halda, hazırda bu rəqəm 42%-ə düşüb. Zərbələrin davam etdirilməsini dəstəkləyənlərin sayı isə 34%-ə çatıb. Qərarsız respondentlərin payı isə 24%-dən 28%-ə yüksəlib.

Hücumlara fərdi yanaşmada mənfi münasibət üstünlük təşkil etsə də, ümumi hərbi əməliyyata ictimai dəstək cüzi artaraq 42% olub (əleyhinə olanlar 40%). Martın 1-dən bəri əməliyyatın lehinə çıxış edənlərin sayı 3% artıb, qəti əleyhinə olanların sayı isə 12% azalıb.

Buna baxmayaraq, amerikalıların 53%-i hərbi əməliyyatların ABŞ-nin uzunmüddətli təhlükəsizliyinə töhfə verəcəyinə inanmır. Respondentlərin 65%-i Tramp administrasiyasının hərbi əməliyyatın məqsədlərini hələ də aydın şəkildə izah edə bilmədiyi qənaətindədir. İştirakçıların 63%-i isə ABŞ ordusunun itkilərinin sayını qəbuledilməz hesab edir.

Məqalədə qeyd olunur ki, hazırda ABŞ cəmiyyətinin İran münaqişəsindəki itkilərə dözümlülüyü 20 il əvvəlki İraq müharibəsi dövrü ilə müqayisədə xeyli aşağıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
70
oxu.az

2Источники