RU

Hindistanda dəhşətli CİNAYƏT: Sevgilisini tələyə salıb ərinə ÖLDÜRTDÜ – VİDEO

Hindistanda ər-arvad qadının təqibçisini birlikdə qətlə yetiriblər.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

Hindistanda qəzəblənmiş kişinin arvadının sevgilisini şahidlərin gözü qarşısında bıçaqlayaraq öldürməsi böyük sarsıntıya səbəb olub.

Məlumata görə, qadının kənar şəxslə gizli münasibəti olub, lakin ayrıldıqdan sonra həmin şəxs onu mütəmadi təqib etməyə başlayıb.

Vəziyyətdən çıxış yolu axtaran qadın təqibçisini kimsəsiz bir yerə çağıraraq ona tələ qurub və orada gəncə hücum etməyə başlayıb.

Çox keçmədən hadisə yerinə əlində bıçaq olan həyat yoldaşı da gəlib və o, rəqibini amansızcasına qətlə yetirib.

Hadisədən sonra polis tərəfindən saxlanılan ər və arvad qəsdən adam öldürməkdə ittiham olunurlar.

Faktla bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
29
interpress.az

1Источники