ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Miçiqan ştatında ən böyük islahatçı (reformist) sinaqoqun mühafizə əməkdaşları binaya avtomobillə hücum edən silahlı şəxsi zərərsizləşdiriblər.Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.Məlumata görə, şübhəli şəxs avtomobili binaya çırpıb və nəticədə nəqliyyat vasitəsi alışıb. Avtomobildən düşən tüfəngli şəxslə obyektdəki mühafizəçilər arasında atışma baş verib. Atışma nəticəsində hücumçu ölümcül yaralanıb.Hazırda istintaq qrupu öldürülən şəxsin kimliyini müəyyənləşdirmək və hücumun motivlərini öyrənmək istiqamətində araşdırma aparır./Oxu.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.