Yaxın Şərqdə İran ətrafında başlayan müharibə regionun siyasi balansını dəyişdirə biləcək yeni proseslərə səbəb olub.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Körfəz ölkələri ABŞ-la münasibətlərini yenidən qiymətləndirməyi və xarici tərəfdaşlıqlarını şaxələndirməyi planlaşdırır.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın İranla müharibəyə başlamaq qərarı region ölkələrində ciddi narahatlıq yaradıb. Diplomatik mənbələr bildirir ki, bir sıra ərəb dövlətləri təhlükəsizlik sahəsində Vaşinqtonla əməkdaşlığı davam etdirmək istəsə də, eyni zamanda alternativ tərəfdaşlarla əlaqələri gücləndirməyə çalışır.
Mənbələrin sözlərinə görə, xüsusilə enerji infrastrukturu, dəniz nəqliyyatı və regional təhlükəsizlik məsələləri Körfəz ölkələri üçün böyük risklər yaradır. Bu səbəbdən bəzi paytaxtlarda ABŞ-yə həddindən artıq bağlılığın strateji baxımdan riskli olduğu barədə müzakirələr aparılır.
Musavat.com